Rezervasiya sistemimizin üstünlükləri:
-
Naftalan kurortunun bütün sanatoriyalarını bir saytda müqayisə etmək, qiymətləri hesablamaq və bron etmək mümkündür;
- Heç bir əlavə ödəniş etmədən sanatoriyaların rəsmi qiymətləri ilə otaqların bron edilməsi;
- Əksər hallarda KREDİT KARTI OLMADAN və İLKİN ÖDƏNİŞSİZ rezervasiya.
- Siz kurorta gəldikdən sonra ödəniş edə bilərsiniz. (Bayram günlərində və lüks otaqlar üçün ilkin ödəniş tələb oluna bilər.)
- Daimi qonaqlar üçün aksiyalar və endirimlər
- Rezervasiyanın cəriməsiz / ödənişsiz ləğv olunması
Otaq rezervasiyası:
Addım 1 - Formanı doldurun
"ONLINE rezervasiya" formasını doldurun: müvafiq sahələrə sanatoriyada gözlənilən qalma tarixlərini, böyüklərin və uşaqların sayını daxil edin. Məlumatı daxil etdikdən sonra "İndi axtar" düyməsini basın. Sistem yerləşmə variantlarının siyahısını göstərəcək.
Addım 2 – Yerləşmə variantını seçin
Siyahıdan maraqlandığınız sanatoriya və ya oteli seçin və "Ətraflı məlumat" düyməsini basın. Sistem bu sanatoriyada və ya oteldə otaqların ətraflı təsviri və sizin göstərdiyiniz müddət üçün onların qiymətləri ilə yerləşmə variantları verəcəkdir. Eyni səhifədə "Əsas məlumatlar" bölməsini seçməklə, sanatoriya və ya otelin təsviri və xüsusiyyətləri ilə tanış ola bilərsiniz. Burada həm də təxmini qalma tarixlərini dəyişə bilərsiniz.
Yerləşmə variantını seçdikdən sonra “Rezervasiya et” və ya “Sorğu göndər” düyməsinə basmaqla rezervasiyaya davam edin.
Addım 3 - Rezervasiya
Rezervasiya səhifəsində öz məlumatlarınızı, endirim üçün Kupon Kodunu (əgər varsa) daxil edin və "Rezervasiya et" və ya "Sorğu göndər" düyməsini basın. Siz elektron poçtunuza dərhal təsdiq alacaqsınız.
Ödəniş
Saytda bütün otaqlar sanatoriya və otellərin rəsmi qiymətləri ilə, komissiyasız və əlavə ödənişsiz, ilkin və ya avans ödəniş olmadan bron edilir. Əksər hallarda, qonağın kurorta və ya otelə gəlişi zamanı rezervasiya tam olaraq nağd şəkildə ödənilə bilər. Bu halda, qonaq gəliş tarixindən bir neçə gün əvvəl telefon və ya elektron poçt vasitəsilə gəlişini təsdiqləməlidir.
Qonağın gəlişinin təsdiqi olmadıqda, rezervasiya zəmanətsiz hesab ediləcək, yəni gəldikdən sonra boş yer olmasına zəmanət verilməyəcəkdir.
Bəzi nadir hallarda rezervasiya üçün əvvəlcədən ödəniş tələb oluna bilər (məsələn, “yüksək” mövsümdə, bayram günlərində və ya lüks otaqlar üçün).
Rezervasiyanın ləğvi və dəyişdirilməsi
Ləğvlər istənilən vaxt telefon və ya elektron poçt vasitəsilə ÖDƏNİŞSİZ edilə bilər (aşağıya baxın).
Gəliş tarixindən ən geci 10 gün əvvəl dəyişikliklər edilməsi (gəlmə tarixinin dəyişdirilməsi və ya başqa sanatoriya seçilməsi) tamamilə pulsuzdur,
Bəzi hallarda (yüksək mövsüm və ya bayram günləri) zəmanətli rezervasiya tarixləri dəyişdirilə bilməz və otel tərəfindən öncədən ödəniş geri qaytarılmır, lakin 1 il müddətinə qonağın adına depozit kimi saxlanılır.
 |
|
Saytımızda Siz Naftalana transfer sifariş edə bilərsiniz.
Rezervasiya və transfer məsələləri ilə bağlı telefonla əlaqə saxlaya bilərsiniz:
Tel./WhatsApp: +99450 450-0018; +99450 570-2000
E-mail: info@naftalan-booking.com |
|
|
|